Anthropic şirkəti Claude Code platforması üçün Security Guidance adlı yeni plaqin istifadəyə verib. Yeni alət süni intellekt agentinin işlədiyi müddətdə kodu avtomatik yoxlayaraq səhvləri və potensial təhlükələri aşkar edir.
Şirkətin məlumatına görə, plaqin əlavə alətlər və ya xüsusi “bacarıqlar” quraşdırmadan birbaşa sessiya zamanı aktiv işləyir. Fayllar redaktə edilərkən sistem arxa planda kodu analiz edir, süni intellekt modellərinə xas olan tipik səhvləri müəyyənləşdirir və onların düzəldilməsi üçün təkliflər verir.
Commit yaradılan zaman isə plaqin layihənin daha geniş kontekstini araşdıraraq dərin təhlükəsizlik boşluqlarını aşkar etməyə çalışır.
İstifadəçilər yoxlama səviyyələrini dəyişə, həmçinin öz analiz qaydalarını əlavə edə bilərlər. Ehtiyac olduqda skan mərhələlərindən birini deaktiv etmək də mümkündür.
Anthropic bildirib ki, şirkət daxilində bu plaqinin tətbiqindən sonra təhlükəsizlik boşluqları ilə bağlı pull request (PR) sorğularının sayı 30-40% azalıb.
Security Guidance plaqini artıq Claude Code platformasının “marketplace” bölməsində əlçatandır. Quraşdırma isə aşağıdakı komanda ilə həyata keçirilir:
