Az | EN

Anthropic Coefficient Bio startapını 400 milyon dollara satın aldı

Cəmil Hüseynzadə
06 Aprel 2026 13:11
54 baxış
Anthropic Coefficient Bio startapını 400 milyon dollara satın aldı

ABŞ-ın süni intellekt şirkəti Anthropic bio-texnologiya sahəsində fəaliyyətini genişləndirərək Coefficient Bio startapını təxminən 400 milyon dollara satın alıb.

Cəmi 8 ay əvvəl New York şəhərində Samuel Stanton və Nathan Frey tərəfindən qurulan Coefficient Bio fəaliyyətini gizli şəkildə davam etdirirdi. Şirkət yalnız süni intellekt vasitəsilə dərman hazırlanması proseslərini daha səmərəli etmək məqsədi daşıdığını açıqlamışdı.

Hər iki qurucu daha əvvəl Genentech tərkibində fəaliyyət göstərən Prescient Design komandasında çalışıb və hesablama əsaslı dərman kəşfi sahəsində təcrübə qazanıb.

Təxminən 10 nəfərlik komandaya malik olan Coefficient Bio-nun bütün əməkdaşları satınalmadan sonra Anthropic-in səhiyyə və həyat elmləri bölməsinə qoşulacaq. Bu addım şirkətin süni intellektin tətbiq sahələrini genişləndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

© copyright 2022 | tech.az | info@tech.az