Anthropic 2026-cı ildə proqnozlaşdırılan illik gəlirinin 30 milyard dollara çatdığını açıqlayıb. Müqayisə üçün, bu göstərici 2025-ci ilin sonunda 9 milyard dollar, 2026-cı ilin martında isə təxminən 19 milyard dollar səviyyəsində qiymətləndirilirdi.
Şirkətin bildirdiyinə görə, 2026-cı ildə Claude xidmətlərinə tələbat əhəmiyyətli dərəcədə artıb. İllik 1 milyon dollardan çox xərc edən korporativ müştərilərin sayı 1000-ə çatıb, halbuki fevral ayında bu rəqəm 500 idi. Xüsusilə “Claude Code” alətinə maraq gəlirlərin artımında mühüm rol oynayıb.
Anthropic həmçinin Google və Broadcom ilə yeni razılaşma imzalayaraq böyük həcmdə hesablama gücü əldə edəcək. Bu infrastrukturun əsas hissəsinin ABŞ-da 2027-ci ildən etibarən istifadəyə verilməsi planlaşdırılır.
Bundan əlavə, şirkətin 2026-cı ilin oktyabrında IPO keçirməyi və təxminən 60 milyard dollar cəlb etməyi planlaşdırdığı bildirilir. Oxşar addımı ilin sonunadək OpenAI-nin də atacağı gözlənilir.
