Az | EN

Google-dan sürət addımı: səhifələr daha tez açılacaq

Cəmil Hüseynzadə
06 Aprel 2026 15:36
58 baxış
Google-dan sürət addımı: səhifələr daha tez açılacaq

Google Chrome və Chromium əsaslı brauzerlər tezliklə yeni funksiyaya sahib olacaq. Artıq video və audio fayllar səhifə açılan kimi deyil, yalnız istifadəçi həmin hissəyə çatdıqda yüklənəcək. Bu yanaşma internet trafikinə qənaət edəcək və səhifələrin daha sürətli açılmasını təmin edəcək.

“Lazy loading” texnologiyası Chrome-da əvvəllər yalnız şəkillər və iframe-lər üçün tətbiq olunurdu. Yeni yanaşma bu sistemi mediaya da şamil edir. Beləliklə, görünməyən kontent əvvəlcədən yüklənməyəcək.

Hazırda saytlar bunu JavaScript vasitəsilə həll edir, lakin bu, səhifəni ağırlaşdırır və bəzən xətalara səbəb olur. Yeni funksiya isə brauzer səviyyəsində işləyərək bu problemləri aradan qaldırır.

Məlumata görə, texnologiya artıq Chromium-un stabil versiyalarında aktivdir və yaxın vaxtlarda Chrome 148-də istifadəyə veriləcək.

© copyright 2022 | tech.az | info@tech.az