Az | EN

Google səssizcə oflayn işləyən süni intellekt tətbiqini işə saldı

Cəmil Hüseynzadə
07 Aprel 2026 11:14
46 baxış
Google səssizcə oflayn işləyən süni intellekt tətbiqini işə saldı

Google iOS platforması üçün “Google AI Edge Eloquent” adlı yeni diktə tətbiqini təqdim edib. İnternetə ehtiyac olmadan işləyən tətbiq istifadəçilərə səsi mətnə çevirməyə imkan verir.

Tətbiqdə səs tanıma modelləri yükləndikdən sonra diktə prosesi başlayır və mətn real vaxtda ekranda əks olunur. Fasilə zamanı “um”, “ah” kimi artıq sözlər avtomatik silinərək daha səlis və redaktə olunmuş mətn təqdim edilir.

İstifadəçilər “Əsas məqamlar”, “Rəsmi”, “Qısa” və “Uzun” seçimləri ilə mətni fərqli formalara sala bilirlər. Eyni zamanda, bulud rejimini söndürərək yalnız cihaz üzərindən işləmə funksiyasından istifadə etmək mümkündür.

Tətbiq diktə tarixçəsini saxlayır, axtarış imkanı yaradır və danışıq sürəti kimi göstəriciləri təqdim edir. Hazırda yalnız iOS üçün əlçatan olan tətbiqin yaxın zamanda Android versiyasının da istifadəyə verilməsi gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az