Az | EN

Anthropic Sİ ekosisteminə 50 milyard dollar sərmayə yatıracaq

Cəmil Hüseynzadə
13 Noyabr 2025 12:14
54 baxış
Anthropic Sİ ekosisteminə 50 milyard dollar sərmayə yatıracaq

Anthropic ABŞ-dəki Sİ infrastrukturu üçün 50 milyard dollar sərmayə qoymağı planlaşdırır və bu çərçivədə Texas və Nyu Yorkda məlumat mərkəzləri tikəcək.

Məlumat mərkəzləri Fluidstack ilə birgə inşa olunacaq. Fluidstack Sİ bulud platformasıdır və Meta, Midjourney və Mistral kimi müştərilərə geniş miqyaslı qrafik emal vahidi (GPU) klasterləri təqdim edir.

Şirkət bildirdi ki, bu mərkəzlər Anthropic üçün xüsusi tikiləcək və iş yükünü maksimum effektivliklə idarə etmək, eləcə də tədqiqat və inkişafı davam etdirmək üçün nəzərdə tutulub.

İlk mərkəzlər 2026-cı ildə fəaliyyətə başlayacaq, daha sonra isə yeni mərkəzlərin açılması gözlənilir. Layihə nəticəsində 2,400-dən çox tikinti işçisi və 800 daimi iş yeri yaradılacağı gözlənilir.

Sərmayə planı ABŞ-ın Süni İntellekt sahəsində liderliyini qorumaq və daxili texnologiya infrastrukturunu gücləndirmək məqsədini hədəfləyən Trump administrasiyasının Sİ Fəaliyyət Planına dastək olacaq.

Anthropic CEO-su Dario Amodei bildirib:
“Biz elmi kəşfləri sürətləndirə biləcək və mürəkkəb problemləri əvvəllər mümkün olmayan yollarla həll etməyə kömək edəcək Sİ-yə yaxınlaşırıq. Bu potensialı reallaşdırmaq üçün infrastruktur lazımdır ki, inkişafı davam etdirə bilək.”

© copyright 2022 | tech.az | info@tech.az