Az | EN

Apple iOS 16.1.1 yeniləməsini təqdim edib

Bənövşə Kazımova
12 Noyabr 2022 16:28
323 baxış
Apple iOS 16.1.1 yeniləməsini təqdim edib

iPhone 14 modellərində yaranan bir çox problem səbəbiylə Apple ötən həftələrdə iOS 16.1 yeniləməsini çıxararaq problemləri həll etmişdi.

Amma Reddit, Twitter və Apple Support icma forumlarında edilən şikayətlərə görə, istifadəçilər iOS 16.1-i quraşdırdıqdan sonra Wi-Fi bağlantısının kəsilməsi barədə məlumat veriblər. 

Apple iPhone istifadəçilərinin Wi-Fi xətasını və bəzi digər problemləri həll edən iOS 16.1.1 yeniləməsini iPhone-lara artıq təqdim etməyə başlayıb. 296 MB-lıq yeniləmə ilə Wi-Fi probleminin bütünlüklə həll olunması gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az