Az | EN

Apple Music ChatGPT-yə inteqrasiya olunub

Nigar Sultanli
18 Dekabr 2025 15:44
53 baxış
Apple Music ChatGPT-yə inteqrasiya olunub

Yeni funksiya sayəsində istifadəçilər öz Apple Music hesablarını çat-bota bağlayaraq musiqini təbii danışıq dili ilə idarə edə biləcəklər. Məsələn, süni intellektdən xüsusi pleylist yaratmağı, adını xatırlamadığınız bir filmin saundtrekini tapmağı və ya əhvalınıza uyğun mahnılar seçməyi xahiş etmək mümkün olacaq.

Ən vacib məqam odur ki, ChatGPT sadəcə mahnı siyahısı təklif etməklə kifayətlənməyəcək, musiqini birbaşa çat pəncərəsində səsləndirəcək. Bunun üçün aktiv abunəliyin tələb olunub-olunmayacağı hələ dəqiqləşməsə də, böyük ehtimalla abunəlik lazım gələcək.

Qeyd edək ki, hazırda sistemdə Spotify inteqrasiyası mövcuddur. Apple Music də Adobe, Salesforce və digər xidmətlərlə birlikdə ChatGPT-nin yenilənmiş tətbiqlər kataloquna daxil ediləcək. Bu yenilik OpenAI-ın istifadəçi sorğusuna uyğun alətləri avtomatik işə salan "daha dinamik süni intellekt" strategiyasının bir hissəsidir.

Funksiyanın dəqiq istifadəyə verilmə tarixi açıqlanmasa da, yeniliyin "yaxın vaxtlarda" aktivləşəcəyi gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az