Hazırda müzakirələr ilkin mərhələdədir və şərtlər dəyişə bilər. OpenAI rəsmiləri isə yayılan xəbərlərlə bağlı hələlik heç bir şərh verməyiblər.
Xatırladaq ki, bir gün əvvəl "Reuters" agentliyi Amazon-un şirkətə 10 milyard dollar investisiya qoya biləcəyini yazmışdı.
Şirkət 2025-ci ilin oktyabrında əməkdaşlarına məxsus səhmlərin satışı zamanı 500 milyard dollar dəyərində qiymətləndirilmişdi. Görünür, şirkətin dəyəri qısa müddətdə kəskin artmağa davam edir. Həmçinin, şirkətin 2027-ci ildə birjaya (IPO) çıxmağı planlaşdırdığı və həmin vaxt dəyərinin 1 trilyon dollara çata biləcəyi ehtimal olunur.
