Nvidia, İsrailin Kiryat Tivon bölgəsində yeni süni intellekt kampusu inşa edəcək. Şirkət beş aylıq axtarışdan sonra seçdiyi bu ərazi üçün dövlətə təxminən 28 milyon dollar ödəyəcək.
Bu layihə ilə Nvidia İsraildə öz ofis ərazisinə mülkiyyət hüququ ilə sahib olan ilk beynəlxalq texnologiya şirkəti olacaq. Ümumi sahəsi 160 min kvadratmetr təşkil edəcək bu kompleks ölkənin ən böyük texnologiya kampusu hesab olunur.
Mərkəzdə 10 mindən çox əməkdaşın çalışması nəzərdə tutulub. Ərazidə ofis binaları ilə yanaşı parklar, restoranlar və ortaq iş sahələri də yer alacaq. Həmçinin, layihə çərçivəsində xüsusi server mərkəzinin qurulması və bunun üçün yüksək gərginlikli elektrik xəttinin çəkilməsi planlaşdırılır.
Tikinti işlərinə planlaşdırma mərhələsi bitdikdən bir il sonra başlanması, kampusunun tam istifadəyə verilməsi isə 2031-ci ilə hədəflənib.
