Az | EN

Apple Siri-də süni intellekt funksiyalarının gecikməsinə görə 250 milyon dollar ödəyəcək

Cəmil Hüseynzadə
07 May 2026 14:03
38 baxış
Apple Siri-də süni intellekt funksiyalarının gecikməsinə görə 250 milyon dollar ödəyəcək

Apple Siri səsli assistentinə vəd edilən süni intellekt funksiyalarının gecikməsi ilə bağlı açılmış kollektiv iddia üzrə 250 milyon dollar ödəməyə razılaşıb. İddia ABŞ-da iPhone 16 və bəzi iPhone 15 modellərini alan istifadəçilər adından qaldırılıb.

İddiaçılar bildiriblər ki, Apple 2024-cü ildə elan etdiyi süni intellekt funksiyalarını reklam etsə də, həmin imkanlar nə o vaxt mövcud olub, nə də hazırda istifadəyə verilib. Məhkəmə sənədlərində şirkətin faktiki mövcud olmayan texnologiyaları tanıtmaqla alıcıları yanıltdığı qeyd olunur.

Apple bu ilin əvvəlində iPhone üçün süni intellekt xidmətlərinin hazırlanmasında Google ilə əməkdaşlığa üstünlük verib. Şirkət 2024-cü ildən ChatGPT inteqrasiyasına başlasa da, Siri üçün öz inkişaf etmiş süni intellekt modelini təqdim etməyib. Razılaşma məhkəmə tərəfindən təsdiqlənərsə, uyğun iPhone istifadəçiləri kompensasiyadan pay ala biləcəklər.

© copyright 2022 | tech.az | info@tech.az