Az | EN

“Apple” “Twitter”də yenidən reklam verməyə başlayıb

Bənövşə Kazımova
05 Dekabr 2022 16:13
356 baxış
“Apple” “Twitter”də yenidən reklam verməyə başlayıb

“Apple” şirkəti “Twitter” platformasında reklamlarını bərpa edib. Bu barədə məlumatı İlon Mask “Twitter Spaces”in səsli çatında keçirilən konfransda verib. Mask açıqlamada bildirib ki, “Apple” şirkəti sosial şəbəkənin ən böyük reklamçısıdır. 

Mask bir müddət əvvəl “Apple”ın sosial şəbəkədə reklam verməkdən imtina etməklə yanaşı, tətbiqi “App Store”dan silməklə hədələdiyini bildirmişdi. Bu hadisələrin fonunda milyarder “Apple”ın “Amerikada söz azadlığına nifrət etdiyini” qeyd edib. 

Həmçinin bu baş verən hadisələrdən sonra Apple-ın baş direktoru Tim Kuku ziyarət edən iş adamı "Apple" şirkətinin baş ofisini göstərdiyinə görə ona təşəkkür edib. Deyə bilərik ki, “Twitter” və "Apple" arasında olan bu anlaşılmazlıqlar artıq aradan qaldırılıb.

© copyright 2022 | tech.az | info@tech.az