Az | EN

Artıq Whatsapp-da sizin yerinizə avatarlarınız danışacaq

Bənövşə Kazımova
30 İyun 2022 13:30
222 baxış
Artıq Whatsapp-da sizin yerinizə avatarlarınız danışacaq

Günümüzün ən çox istifadə olunan sosial media platformalarından biri olan WhatsApp istifadəçilərinə yeni funksiyalar təqdim etməyə davam edir.

Şəkillər, videolar, sənədlər, audio faylları, video və səsli zənglərlə yanaşı, mətn mesajları təqdim edən proqram yeni bir addım atıb. Artıq WhatsApp sizə avatarlarınızla videozənglərdə iştirak etməyə imkan verəcək. 

Yeni funksiya sayəsində istifadəçilər video zəng zamanı “Avatara keç” adlı seçimə sahib olacaqlar. Zəng zamanı Avatar vasitəsilə digər şəxslə söhbətə davam edə biləcəksiniz. Bu funksiya o deməkdir ki, istifadəçilər axtarış zamanı sadə kamera görünüşü və ya profil şəklini istifadə etmək əvəzinə Avatarlardan istifadə edə biləcəklər.

© copyright 2022 | tech.az | info@tech.az