Rəqəmsal xidmətlərini genişləndirən Azercell, Asan İmza ilə bağlı vacib məlumatları öz mobil tətbiqinə inteqrasiya edib. Bu yeni funksiya sayəsində istifadəçilər tətbiqə daxil olaraq elektron imzalarının bitmə tarixini, cari statusunu, xidmət növünü və aylıq yenilənmə müddətini bir toxunuşla, rahatlıqla öyrənə biləcəklər.
Hazırda bu yenilikdən yalnız Fakturasız (SimSim) xətt abunəçiləri istifadə edə bilər. Şirkət növbəti mərhələdə bu imkanı Fakturalı xətt müştəriləri üçün də əlçatan etməyi planlaşdırır.
Tətbiq edilən bu həll abunəçilərin işini asanlaşdırmaq, vaxta qənaət etmək və xidmətlərdən istifadəni daha rahat hala gətirmək məqsədi daşıyır.
