Az | EN

Avropa İttifaqı Süni İntellektə 200 milyard avro investisiya planını açıqlayıb

Nigar Sultanli
11 Fevral 2025 15:44
53 baxış
Avropa İttifaqı Süni İntellektə 200 milyard avro investisiya planını açıqlayıb

Parisdə keçirilən Süni İntellekt Fəaliyyət Sammitində çıxış edən Aİ prezidenti Ursula von der Leyen bildirib ki, regionda yaradılan süni intellekt startapları üçün güclü infrastruktur vacibdir. Hazırda mövcud olan "süni intellekt fabrikləri" modeli artıq kifayət deyil və "süni intellekt Gigafabrikalara" ehtiyac var. Bu yeni nəsil süni intellekt infrastrukturlarının yaradılması üçün isə özəl sektorun maliyyə dəstəyinə ehtiyac var.

Von der Leyen qeyd edib ki, süni intellekt sahəsində inkişaf üçün çox böyük hesablama gücü tələb olunur və ABŞ kimi ölkələr artıq bu istiqamətdə irəliləyib. Avropa isə öz süni intellekt Gigafabrikalarını yaradaraq bu sahədə rəqabətə davamlı olmaq istəyir. Bu fabriklər açıq və paylaşım əsaslı əməkdaşlıq modeli ilə fərqlənəcək və geniş ictimaiyyət üçün əlçatan olacaq.

200 milyard avroluq investisiya planı olan Aİ prezidenti əlavə edib ki, Aİ-nin yeni InvestAI təşəbbüsü çərçivəsində 50 milyard avroluq vəsait təmin ediləcək. Bu məbləğ özəl sektorun pled etdiyi 150 milyard avro ilə birlikdə ümumilikdə 200 milyard avroluq bir investisiya paketi təşkil edəcək.

InvestAI təşəbbüsü çərçivəsində dörd süni intellekt Gigafabrikası yaradılacaq. Bu fabriklər əsasən tibb, elm və digər strateji sahələrdə irəliləyişlər üçün nəzərdə tutulub. Hər fabrikin təxminən 100,000 süni intellekt çipi ilə təchiz ediləcəyi vurğulanıb.


Von der Leyen öz çıxışında Avropanın IP (intelektual mülkiyyət) məsələsində əməkdaşlıq yanaşmasının sərmayədarları cəlb etmək üçün üstünlük yaratdığını bildirib. Yeni süni intellekt infrastrukturları tədqiqatçılar və startaplar üçün əlçatan olacaq və misal olaraq xəstəxanaların öz tibbi görüntü və genetik məlumatları əsasında təhlükəsiz süni intellekt modelləri hazırlaması imkanını göstərib.

Bu təşəbbüs Avropanı süni intellekt üzrə dünya liderlərindən birinə çevirmək məqsədi daşıyır və ən yaxşı istedadlara açıq olacağı qeyd edilir.

© copyright 2022 | tech.az | info@tech.az