Az | EN

Avropa İttifaqı TikTok-la bağlı araşdırma başladıb

Bənövşə Kazımova
24 Noyabr 2022 10:28
344 baxış
Avropa İttifaqı TikTok-la bağlı araşdırma başladıb

Avropa İttifaqı TikTok ilə bağlı çoxsaylı araşdırmaların aparıldığını təsdiqləyib. Komissiyadan verilən açıqlamada bu araşdırmaların Aİ ölkələrinin vətəndaşlarının məlumatlarının Çinə ötürülməsi və uşaqlara yönəlmiş reklamlara görə aparıldığı bildirilib.

Avropa İttifaqı TikTok-la bağlı bir neçə araşdırma aparsa da, platforma ABŞ-da daha çox problem yaşayır. Çünki ABŞ Konqresi də TikTok-un uzun müddətdir istifadəçi məxfiliyi, dezinformasiya və uşaq təhlükəsizliyi kimi bir çox kritik mövzuları pozduğunu əsas gətirərək platformanın qadağan edilməsi üzərində işə başlayıb. Hətta məxfi məlumatların toplanması səbəbindən Çin tərəfindən böyük bir təhlükəsizlik pozuntusuna yol verildiyinə dair iddialar var.

Həmçinin bir neçə ay əvvəl ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) Çinlə bağlı məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən tətbiqin Android və iOS sistemlərindən silinməsini tələb etmişdi.

© copyright 2022 | tech.az | info@tech.az