Az | EN

Avtonom taksi xidməti göstərən Waymo, 5,6 milyard dollar investisiya aldı

Cəmil Hüseynzadə
28 Oktyabr 2024 11:35
203 baxış
Avtonom taksi xidməti göstərən Waymo, 5,6 milyard dollar investisiya aldı

ABŞ mərkəzli avtonom taksi xidməti göstərən Waymo, 5.6 milyard dollar investisiya əldə edib.

Avtonom nəqliyyat vasitələri ilə San Fransisco, Los Angeles və Foenix şəhərlərində fəaliyyət göstərən Waymo, yeni sərmayə ilə Atlanta və Austin kimi şəhərlərə genişlənməyi planlaşdırır.

Bu sərmayə turuna ana şirkət Alphabet-in rəhbərlik etdiyi C seriyası daxilində Andreessen Horowitz, Silver Lake, Fidelity, Tiger Global, Perry Creek və T. Rowe Price kimi tanınmış investorlar qatılıb.

Waymo-nun məqsədi təhlükəsiz və əlçatan nəqliyyat sistemi yaratmaqdır. Şirkət yüksək texnologiyalı sensorlar, süni intellekt və maşın öyrənməsi alqoritmləri ilə avtonom idarəetmə təcrübəsi təqdim edir. Waymo One adlı tətbiqi vasitəsilə avtonom taksi xidməti göstərən şirkət, son həftələrdə Hyundai Motor ilə tərəfdaşlığını elan edib.

Waymo 2025-ci ilin sonuna qədər 700 nəqliyyat vasitəsindən ibarət parkını Hyundai IONIQ 5 SUV modelləri ilə genişləndirməyi planlaşdırır. Şirkət, son üç ayda San Fransisco, Los Angeles və Phoenix bölgələrində 100 mindən çox ödənişli səfər həyata keçirib.

Waymo aldığı sərmayə ilə avtonom texnologiyalarını daha da təkmilləşdirərək xidmət göstərdiyi şəhərlərin sayını artırmağı və yeni bazarlara daxil olmağı hədəfləyir.
Waymo Google-un ana şirkəti Alphabet-in tərkibində fəaliyyət göstərən avtonom sürücülük texnologiyaları üzrə bir şirkətdir. 2009-cu ildə Google-un avtonom avtomobil layihəsi kimi başlamış və daha sonra müstəqil bir şirkətə çevrilmişdir. Waymo, süni intellekt və yüksək texnologiyalı sensorlar vasitəsilə sürücüsüz nəqliyyat vasitələri inkişaf etdirir və təhlükəsiz avtonom taksi xidmətləri təqdim edir. Şirkət, San Fransisco, Los Angeles və Phoenix kimi şəhərlərdə fəaliyyət göstərir.

© copyright 2022 | tech.az | info@tech.az