“Azərbaycan Hava Yolları” QSC (AZAL) internet provayder xidməti göstərəcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) AZAL-ı 2025-ci il 19 dekabr tarixində internet provayderi kimi rəsmi uçota alıb.
Bununla da AZAL peyk üzərindən yüksək sürətli internet xidmətləri, eləcə də internetin təkrar satışı, yəni pərakəndə internetin həm B2C, həm də B2B formatında yenidən satışı ilə məşğul olacaq.
Qeyd edək ki, bir müddət əvvəl “Azərbaycan Hava Yolları” sərnişinlərə tezliklə yüksəksürətli və videoyayıma uyğun bortdaxili Wi-Fi xidməti təqdim edəcəyini açıqlamışdı. Bu istiqamətdə AZAL peyk rabitəsi sahəsində qlobal liderlərdən biri olan “Viasat Inc.” şirkəti ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.
