Az | EN

AzAstro startapı 25000 Manat investisiya alıb

Cəmil Hüseynzadə
25 İyun 2022 13:30
326 baxış
AzAstro startapı 25000 Manat investisiya alıb

AzAstro startapı SABAH.lab tərəfindən 25 000 manat toxum investisiya alıb. Bu investisiya startapın əldə etdiyi ilk investisiyadır. Bundan əlavə olaraq startap SABAH.Lab-ın 3 aylıq akselerasiya proqramında iştirak hüququ qazanıb.

AzAstro startapı Aviasiya və Aerokosmik sahəsində aparat və texnologiyanın inkişafı üzərində işləyir. Pilotsuz uçuş aparatlarının və onların hissələrinin və texnologiyalarının hazırlanması üzərində işlər aparılır. Startap 2020-ci ildə Həsən Quliyev tərəfindən təsis edilib. 

SABAH.lab Azərbaycanda və regionda innovasiyaları qurmaq, inkişaf etdirmək və miqyasını artırmaq üçün yaradılmış startap akseleratorudur. Güclü öyrənmə proqramı, mentorlara və uyğun alətlərə çıxış imkanı ilə SABAH.lab ölkədə iqtisadi inkişafa təkan vermək üçün rəqabətədavamlı ekosistem yaratmağı və sahibkarlıq ruhunu yetişdirməyi hədəfləyir.

© copyright 2022 | tech.az | info@tech.az