Azərbaycan Dövlət Orqanları "Meta"dan 6 İstifadəçi Barəsində Məlumat Tələb Edib
"Meta" şirkəti 2024-cü ilin ilk altı ayını əhatə edən hesabatını yayımlayıb. Hesabata əsasən, Azərbaycan dövlət qurumları bu müddət ərzində "Meta"ya 4 məlumat tələbi göndərib.
Bu tələblərdən:
- 3-ü hüquqi proses çərçivəsində olan sorğular,
- 1-i isə təcili açıqlama sorğusu olub.
Ümumilikdə 6 istifadəçi və ya hesab barəsində məlumat təqdim edilməsi tələb edilib.
"Meta" bildirib ki, hökumət orqanlarından daxil olan hər bir müraciət qanunvericiliyə və platformanın istifadə şərtlərinə uyğun olaraq diqqətlə araşdırılır. Əgər sorğu hüquqi baxımdan qeyri-dəqiq və ya geniş olarsa, əlavə məlumat tələb edilə və ya sorğu rədd edilə bilər.