Az | EN

Azərbaycan-Fransız Universitetində “Demo Day” tədbiri keçirilib

Cəmil Hüseynzadə
08 Fevral 2024 15:57
501 baxış
Azərbaycan-Fransız Universitetində “Demo Day” tədbiri keçirilib

Fevralın 2-də Azərbaycan-Fransız Universitetinin Sahibkarlıq və İnnovasiya Mərkəzində “Demo Day” tədbiri keçirilib. Tədbirdə IGNITE inkubasiya proqramını uğurla bitirən altı startap komandası (“BronKing”, “Bron.”, “Connectify”, “KingJob”, “Bonjur” və “Eathanos”) innovativ ideyalarını və ilkin məhsullarını jüri üzvlərinə, potensial investorlara və partnyorlara təqdim ediblər.

Startapçılar təqdimatlarını başa vurduqdan sonra jüri üzvlərinin suallarını cavablandırıblar. Münsiflər heyətinin üzvləri təqdimatlar və sual-cavab əsasında startapları qiymətləndiriblər və iki qalib müəyyən ediblər.

Tədbirin sonunda qalib startapların adları açıqlanıb. Birinci yerə “Bron.”, ikinci yerə isə “Eathanos” startapı çıxıb. Hər iki startap 5000 manat məbləğində ilkin toxum investisiya əldə edib.

Qeyd edək ki, IGNITE inkubasiya proqramı Azərbaycan-Fransız Universitetinin Sahibkarlıq və İnnovasiya Mərkəzi tərəfindən həyata keçirilən və ideya mərhələsindən minimum həyat qabiliyyətli məhsul mərhələsinə qədər yüksəlmək istəyən startaplar üçün nəzərdə tutulan üç aylıq bir proqramdır.

Azərbaycan-Fransız Universitetinin Sahibkarlıq və İnnovasiya Mərkəzinin həyata keçirdiyi proqramlardan xəbərdar olmaq və müraciət etmək üçün mərkəzin instaqram hesabını izləyin.

© copyright 2022 | tech.az | info@tech.az