Az | EN

Xiaomi-dən süni intellektli masaüstü qabyuyan maşın təqdim edib

Cəmil Hüseynzadə
21 Sentyabr 2026 11:18
42 baxış
Xiaomi-dən süni intellektli masaüstü qabyuyan maşın təqdim edib

Xiaomi Çində Mijia Smart adlı, eyni anda 5 dəst qab yumaq imkanına malik yeni masaüstü qabyuyan maşınını təqdim edib. Cihazın qiyməti 1998 yuan, regional subsidiya tətbiq edilən ərazilərdə isə 1699 yuan təşkil edir.

Qabyuyan maşın optik sensor və süni intellekt vasitəsilə qabların çirklənmə səviyyəsini 10 saniyəyə müəyyənləşdirir və uyğun yuma proqramını seçir. Cihazda 8 yuma rejimi, 34 su axını yaradan 4 püskürdücü mexanizm və avtomatik su yumşaltma funksiyası var.

Yuyulmadan sonra qablar 80°C-yə qədər isti hava ilə qurudulur. Xiaomi bakteriyaların 99,9999%-nin aradan qaldırıldığını və cihazın dezinfeksiya üzrə beşulduzlu sertifikata sahib olduğunu bildirir.

UV emal texnologiyası isə yuyulmuş qabların 240 saata qədər saxlanmasına imkan verir. Bu xüsusiyyət cihazdan adi qab şkafı kimi istifadə etməyə də şərait yaradır.

Mijia Smart qabyuyan maşınını Mi Home tətbiqi vasitəsilə uzaqdan idarə etmək mümkündür.

© copyright 2022 | tech.az | info@tech.az