Az | EN

Azərbaycan ilk dəfə "Game Jam Plus" oyun tərtibatı marafonuna ev sahibliyi etdi

Cəmil Hüseynzadə
24 Oktyabr 2024 13:21
300 baxış
Azərbaycan ilk dəfə "Game Jam Plus" oyun tərtibatı marafonuna ev sahibliyi etdi

18-20 oktyabr 2023-cü il tarixlərində "Gamepons" və "IGDA Azərbaycan"ın təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Yaradıcı Mərkəzin dəstəyi ilə beynəlxalq səviyyədə tanınan oyun tərtibatı marafonu "Game Jam Plus" ilk dəfə olaraq ölkəmizdə keçirildi. Tədbirdə 18 komanda qeydiyyatdan keçmiş, onlardan 14-ü fiziki şəkildə iştirak etmişdir. 50-dən artıq iştirakçının təmsil olunduğu 14 komanda 48 saat ərzində hazırladıqları oyun layihələrini münsiflər heyətinə təqdim etdilər. Yarışmanın yekununda ilk üç yeri tutan komandalar aşağıdakı kimi müəyyən edilmiş və mükafatlarla təltif olunmuşdur:

1-ci yer: Starlight

2-ci yer: BGAI Tech

3-cü yer: Haloverse

Bütün iştirakçı və qalibləri təbrik edirik! Sizləri də Gamepons-un gələcək tədbirlərində və layihələrində görməyi səbirsizliklə gözləyirik!

© copyright 2022 | tech.az | info@tech.az