Az | EN

Azərbaycan İnnovasiya habı olmağa qərar verib

Nail Valiyev
30 Noyabr 2023 14:18
539 baxış
Azərbaycan İnnovasiya habı olmağa qərar verib

Bu gün keçirilən “InMerge İnnovasiya Sammiti”ndə Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxış edib. O çıxışında Azərbaycanın İKT məhsullarının idxalı, istehsal hablarının, autsorsinq (outsourcing) hablarının, biznes hablarının yaradılması və innovasiya habı olmaq variantlarını nəzərdən keçirdiyini qeyd edib və İKT məhsullarının idxal edilməsi ölkədə innovasiyanın inkişafına töhfə vermədiyinə dair qənaətə gəldiklərini bildirib: "Böyük əhalisi olan ölkələr İKT məhsullarının təchizatçılarına, autsorsinq hablarına çevrilməkdədirlər. Buna misal olaraq Ukrayna və Pakistanı göstərmək olar. Coğrafi vəziyyəti uyğun olan ölkələr isə biznes hablarına çevrilməyə cəhd edirlər. Nəzərə alsaq ki, Azərbaycanın əhalisi kifayət qədər böyük sayda deyil, coğrafi yerləşməsi bu baxımdan o qədər də strateji deyil. Bu səbəbdən seçim yalnızca innovasiya habıdır. Bunun üçün böyük enerji, investisiyalar və təhsil tələb olunur. İnnovasiya habı olmağımıza qərar verməyimizin əsas səbəblərindən biri iqtisadiyyata çox böyük dəyər qata bilməsi potensialıdır". 

Bunda əlavə o qeyd edib ki, innovasiya habını yaratmaq üçün Azərbaycanın hüquqi bazası beynəlxalq investisiyaları qəbul etmək üçün hazırlanmalı və beynəlxaq ekspertləri də ölkəmizə cəlb etməliyik. 

© copyright 2022 | tech.az | info@tech.az