Az | EN

Azərbaycan Mərkəzi Bankı artıq kiberhücumları öncədən aşkarlayacaq

Nigar Sultanli
11 Avqust 2025 13:42
413 baxış
Azərbaycan Mərkəzi Bankı artıq kiberhücumları öncədən aşkarlayacaq

Azərbaycan Mərkəzi Bankı kibertəhlükəsizliyin gücləndirilməsi məqsədilə “Threat Intelligence” qabaqcıl platformanı əldə etməyi planlaşdırır. Platformanın satın alınması təxminən 485 min manat vəsait tələb edəcək.

“Threat Intelligence” kibertəhlükəsizlik sahəsində istifadə olunan proqram təminatı və ya sistemdir ki, o, təşkilatlara mövcud və mümkün kiber təhdidlər barədə geniş məlumat toplamağa, həmin məlumatları dərindən təhlil etməyə, əlaqələndirməyə və müvafiq paylaşımlar etməyə imkan yaradır. Bu sistem, həmçinin kiberhücumların arxasında duran niyyətləri, istifadə olunan metodları və vasitələri vaxtından əvvəl müəyyən etməyə kömək edir.

Satınalmada əsas məqsəd kiberhücumların baş verməzdən əvvəl aşkar olunması və vaxtında qabaqlayıcı tədbirlərin həyata keçirilməsidir.

© copyright 2022 | tech.az | info@tech.az