Yerli oyun şirkəti AzDimension yeni oyunun tizerini yayımlayıb. Escape: Left To Die adlanan yeni oyun 2023-cü ildə təqdim ediləcəkdir. Oyun Royal Games-in ortaqlığı ilə hazırlanır.
Oyunda əsas qəhrəman qarannlıq okean altında yerləşən bazadan xilad olmalıdır. Oyunçunu bu vəziyyətə nəyin gətirdiyini xatırlayanmır, amma o bir şeyə əmindir - gecikmədən bazadan çıxmalıdır, çünki saat onun əleyhinə işləyir.
AzDimension The Last DeadEnd, Under Occupation: Revenge, Two Heroes kimi oyunların müəllifidir.