Az | EN

Bakı metrosunda 5 000 AZN mükafatlı yarış başlayır

Cəmil Hüseynzadə
03 Aprel 2026 14:46
46 baxış
Bakı metrosunda 5 000 AZN mükafatlı yarış başlayır

‘‘Metro Hackathon’’ Azərbaycanda metro infrastrukturu üzrə keçirilən ilk hakaton proqramıdır. AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin təşəbbüsü və SUP.VC-nin təşkilati dəstəyi ilə həyata keçiriləcək bu intensiv 3 günlük yarışmada iştirakçılar metroda sərnişin axınının idarə olunması, sıxlığın azaldılması və nəqliyyat sisteminin rəqəmsal transformasiyası sahəsində real problemlərə süni intellekt (AI) əsaslı həllər yaratmaq imkanı qazanacaqlar.

Hakaton çərçivəsində iştirakçılar Bakı Metropoliteninin real məlumat bazasından istifadə edərək 7 istiqamət üzrə: Məlumatların proqnozlaşdırılması, "ağıllı keçid" idarəetməsi, eskalator yükünün balanslaşdırılması, platformalarda sərnişin paylanması, dinamik interval tənzimlənməsi, minmə-düşmə prosesinin optimallaşdırılması və metro şəbəkəsinin "Rəqəmsal Əkiz" (Digital Twin) modeli  konseptlər hazırlayacaqlar. İştirakçılara AI/Data analitika, proqramlaşdırma, dizayn, məhsul inkişafı və nəqliyyat texnologiyaları üzrə ölkənin qabaqcıl ekspertlərindən davamlı mentorluq dəstəyi təqdim ediləcək.

Yarışmanın əsas mərhələsi olan final təqdimatlarında komandalar layihələrini Bakı Metropolitenin texnoloji korpusundakı akt zalında təqdim edəcəklər. Ən innovativ həllər mükafatlandırılacaq: birinci yer 5.000 AZN, ikinci yer 3.000 AZN, üçüncü yer isə 1.000 AZN məbləğində mükafat alacaq. Bundan əlavə, qalib komandalara metro sistemində əlavə təcrübə imkanlarının yaradılması nəzərdə tutulub, ən yaxşı layihələr isə metro sistemində pilot olaraq test edilə bilər.

‘‘Metro Hackathon’’ layihəsi iştirakçılarda innovativ düşüncə və texnoloji bacarıqların inkişafına, Azərbaycanın nəqliyyat infrastrukturunu gələcəyə hazırlayan yeni nəsil mütəxəssislərin yetişdirilməsinə dəstək vermək məqsədi daşıyır. Proqram həmçinin iştirakçılara real dünya problemləri ilə işləmə, komanda işi, məlumat analitikası və layihə təqdimatı bacarıqlarını artırmaq üçün unikal fürsət yaradır.

Şəhərin tam mərkəzində - "İçərişəhər" stansiyasında keçiriləcək bu yarışma korporativ innovasiya sahəsində Azərbaycanda yeni bir mərhələnin başlanğıcını simvolizə edir.

Yerlər məhduddur: İştirak etmək və daha ətraflı məlumat almaq üçün qeydiyyatdan keçməyə tələsin!

Qeydiyyat linki: https://hr.metro.gov.az/hackathon 

Tarix: 1–3 may, 2026-cı il

© copyright 2022 | tech.az | info@tech.az