Az | EN

Azərbaycan qlobal innovasiya indeksində 6 pillə irəliləyib - 74-cü yer

Cəmil Hüseynzadə
20 May 2025 15:55
109 baxış
Azərbaycan qlobal innovasiya indeksində 6 pillə irəliləyib - 74-cü yer

Azərbaycan texnologiya və innovasiya sahəsində Mərkəzi Asiyada diqqət mərkəzinə düşüb. StartupBlinkin Sson hesabatına əsasən, ölkə qlobal reytinqdə 6 pillə irəliləyərək 74-cü yerə yüksəlib — bu, region üzrə ən böyük sıçrayışdır və Azərbaycanın artıq dörd ildir dalbadal inkişaf tempini qoruduğunu göstərir.

Bununla kifayətlənməyən Azərbaycan, 24%-dən çox illik ekosistem artımı ilə də Mərkəzi Asiyanın ilk dörd ölkəsi arasında ən sürətlə inkişaf edən ölkə olub.

Amma əsl sensasiya Bakıdır.

Bakı, Mərkəzi Asiyanın texnoloji xəritəsində ikinci yerə yüksəlib, lakin ilk üçlükdə ən yüksək artım göstəricisi məhz paytaxtımıza aiddir. Şəhər artıq regionun yeni texnoloji mərkəzi olmaq yolundadır.

Bakı bu il E-ticarət və Pərakəndə satış, Təhsil texnologiyaları (Edtech) və Sosial-Əyləncə sahələrində Mərkəzi Asiyanın lider şəhəri seçilib. Bundan əlavə, paytaxt dünya miqyasında da adını ilk 100-lüyə yazdırmağı bacarıb:

  • Tədbirlər sahəsində – 31-ci yer
  • Logistika – 65-ci yer
  • Səyahət – 71-ci yer
  • Onlayn bazarlar – 91-ci yer
  • SaaS (proqram təminatı xidmətləri) – 95-ci yer

Bu sahələrin hər birində Bakı region üzrə ən yüksək nəticə göstərən şəhərdir.
Hesabatda qeyd edilir ki, ötən il Azərbaycanda 4.1 milyon dollar invesisiyalar edilib. 

© copyright 2022 | tech.az | info@tech.az