Az | EN

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İnnovativ region gənclərinin biznes ideyalarının təqdimatı” layihəsi keçirilib!

Bənövşə Kazımova
16 Mart 2023 13:54
200 baxış
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İnnovativ region gənclərinin biznes ideyalarının təqdimatı” layihəsi keçirilib!

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən icra olunan “İdeyanı Reallaşdır 2022” qrant müsabiqəsi çərçivəsində 17-19 fevral 2023-cü il tarixlərində Şəmkir rayonunda “İnnovativ region gənclərinin biznes ideyalarının təqdimatı” layihəsi keçirilib. 3 günlük intensiv proqram çərçivəsində 35 region gəncinə hər gündə ardıcıl olaraq innovasiya, biznes, startaplarla bağlı trend mövzularda təlimlər keçirilmişdir. İnnovativ düşüncə, biznes anlayışı, günümüzdə startapların rolu əsas toxunulan mövzulardan bəziləri olmuşdur. 

Proqramın sonuncu günündə isə 5 komandadan ibarət gənclər öncədən verilmiş fərqli sektorlar (təhsil, səhiyyə, oyun, sosial, nəqliyyat) üzrə olan problemləri müəyyən etmiş, problem üçün innovativ həll yolları, həmin məhsulun müştəri kütləsi, müştəriyə çatmaq üçün satış kanalları və biznes modellərini qurublar. 

Sonda komandaların təqdimatında innovativ biznes ideyaları təqdim edilmişdir və ən yaxşı iki ideya qalib olmuşdur. Qaliblərə “FemTech” şirkəti tərəfindən hazırlanmış “Startap lüğəti” kitabı və proqramın bütün iştirakçılarına iştirakla bağlı sertifikat verilmişdir. 

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümyəndəliyinin təşkilati dəstəyiylə Nəzrin Əsgərzadə tərəfindən həyata keçirilmişdir.  

 

 

© copyright 2022 | tech.az | info@tech.az