2025-ci ildə Azərbaycan əhalisinin savadlılıq səviyyəsi 99.8% ilə demək olar ki, 100%-ə çatıb. Bu göstərici ölkəmizi dünyada ən yüksək savadlılıq səviyyəsinə malik ölkələrdən biri edir.
UNESCO-nun məlumatlarına əsasən, 177 ölkə arasında Azərbaycan 100% savadlılıq səviyyəsinə malik 13 ölkədən biri olaraq bu siyahıda 5-ci yerdə qərarlaşıb. Bu nailiyyət, Azərbaycanın təhsil sahəsində apardığı islahatların, təhsilə əlçatanlığın və dövlətin bu sahəyə verdiyi böyük önəmin nəticəsidir.
Bu göstərici, həmçinin ölkəmizin təhsil sisteminin nə qədər güclü və effektiv olduğunu göstərir. Əlavə olaraq, CEIC Data-nın məlumatına görə, 2023-cü ildə Azərbaycanın gənc əhalisinin (15-24 yaş) savadlılıq səviyyəsi də 100% təşkil edib. Bu isə gələcəkdə savadlı və məlumatlı nəsillərin yetişəcəyini göstərir.
Bu uğur Azərbaycanı dünya təhsil xəritəsində ön sıralara çıxarır və ölkəmizin beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirir.