Az | EN

Azərbaycan startap ekosisteminin yeni hesabatını birlikdə hazırlayaq

Səbinə Eyvazova
16 Noyabr 2023 16:41
319 baxış
Azərbaycan startap ekosisteminin yeni hesabatını birlikdə hazırlayaq

Tech.az Media ənənəvi olaraq bu il də Azərbaycan startap ekosisteminin xəritəsini hazırlayır. 

Ekosistemdə müxtəlif oyunçular öhdəlikləri üzərinə götürərək inkişaf üçün çalışırlar. Son bir neçə ildə bu çalışmalar öz uğurlu nəticəsini göstərir. Azərbaycan qlobal innovasiya indeksində irəliləyir, beynəlxalq tədbirlərdə təmsil olunur, nüfuzlu ekspertlər ölkəyə dəvət edilir. 

Daha böyük uğurlar, nailiyyətlər və inkişaf üçün isə bütün məlumatlar göz önündə olmalıdır, analiz edilməlidir. 

Bunun üçün də Tech.az Media bu il də ekosistemi və inkişafı analiz etmək üçün yenidən ekosistemin xəritəsini hazırlayır. Gəlin bu hesabatı birlikdə hazırlayaq. 

Qeydiyyat linki: https://bit.ly/EcosystemMap2023 

Qeyd: Hesabatda iştirak edən startapların məlumatları 3-cü tərəf ilə paylaşılmır. Hesabat faylında bütün startapların loqoları dərc ediləcəkdir.

© copyright 2022 | tech.az | info@tech.az