Az | EN

Azərbaycanda Süni İntellekt İnstitutu yaradılır

Cəmil Hüseynzadə
27 İyul 2026 12:12
61 baxış
Azərbaycanda Süni İntellekt İnstitutu yaradılır

Ölkədə Süni İntellekt İnstitutu yaradılır.

İnstitut Dövlət Neft və Sənaye Universitetinin nəzdində olacaq. Universitetin Elm Departamentinin direktoru Əli Əlizadə bildirib ki, İnstitutun əsas missiyası fundamental və tətbiqi süni intellekt tədqiqatlarını bir araya gətirmək, ölkədə güclü elmi məktəb formalaşdırmaqdır. İnstitutun fəaliyyəti dörd əsas istiqamət üzrə təşkil olunacaq.

Əsas hədəflərdən biri sənayenin real problemlərini süni intellekt vasitəsilə həll edən texnologiyalar hazırlamaq, gənc tədqiqatçılar yetişdirməkdir.

Yeni institut Yüksək Texnologiyalar Parkının ərazisində tikintisi davam edən “SABAH City” şəhərciyində olacaq. O, Ölkənin innovativ inkişafına və yüksək texnologiyalar sahəsində insan kapitalının formalaşmasına mühüm töhfə verməklə yanaşı, Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq rəqabət qabiliyyətini daha da gücləndirəcək. Eyni zamanda Universitetdə imtahan prosesində də süni intelektdən istifadə olunacaq.

© copyright 2022 | tech.az | info@tech.az