Yerli startap Eventeam istifadəçilərin şəxsi məlumatlarını ələ keçirməyə çalışır. Bu barədə Google istifadəçilərə xəbərdarlıq bildirişi göndərib. Göndərilən bildirişdə “Bu proqram SMS mesajları, fotoşəkillər, audio yazılar və ya zəng tarixçəsi kimi şəxsi məlumatlarınıza casusluq etməyə çalışır.” məlumatı qeyd edilir və tətbiqin cihazdan silinməsi tövsiyyə edilir.
2022-ci ildə təsis edilən Eventeam, şəhərdə baş verən tədbirləri kəşf etmək və yaratmaq üçün bütün imkanları bir araya gətirən platformadır. İstər ev sahibi olsun, istərsə də tədbirdə iştirak etmək istəyən şəxs, Eventeam vasitəsilə bilet əldə edə və tədbirə qatıla bilər. Startap SABAH.HUB-ın akselerasiya proqramının 5-ci kohortunda iştirak edib.