Az | EN

Azərbaycan startapı türk “unicorn”ları ilə inteqrasiya olunaraq dünyaya Türkiyə bazarına daxil olub

Cəmil Hüseynzadə
22 Aprel 2024 10:29
622 baxış
Azərbaycan startapı türk “unicorn”ları ilə inteqrasiya olunaraq dünyaya Türkiyə bazarına daxil olub

Yerli startap Clopos Türkiyə bazarına daxil olub. Bu barədə startapın qurucusu Murad Həsənov məlumat verib.

Tech.az Media xəbər verir ki, yerli bazarda uğurla inkişaf edən startap artıq Türkiyədə ilk müştərisinə xidmət verməyə başlayıb. Startap restoranlarda POS xidməti və rəqəmsal menu xidməti təqdim edir. Bulud əsaslı xidmət təklif edən Clopos qısa müddət ərzində Türkiyə bazarına uyğunlaşmaq üçün yemək çatdırılmasında Yemeksepeti, Trendyol Yemek, Getir Yemek ilə inteqrasiya edilib. POS ödəmələri və Yazar Kasa (e-dövlət) xidmətləri üçün isə "Worldline Türkiye" ilə inteqrasiyalı əməkdaşlığa başlanılıb. 

Clopos daha öncə Türkiyədə maliyyə texnologiyaları sahəsində sahibkarlıq ekosistemini dəstəkləməyi hədəfləyən akselerasiya proqramı olan Fintech Factory akselerasiya proqramına seçilmişdi. Həmçinin, startap 2022-ci ildən Səudiyyə Ərəbistanında da müştərilərinə xidmət göstərməyə başlayıb.

© copyright 2022 | tech.az | info@tech.az