Az | EN

Azərbaycan startaplarının iştirak etdiyi qlobal Demo Day keçirilib

Səbinə Eyvazova
30 İyun 2023 19:49
373 baxış
Azərbaycan startaplarının iştirak etdiyi qlobal Demo Day keçirilib

500 Global Georgia proqramının 4-cü dalğası yekunlaşıb. 29 iyul tarixində Gürcüstanın Tiblisi şəhərində Demo Day təşkil edilib. 

3 aylıq akselerasiya proqramının son günündə texnologiya startaplarının təsisçiləri innovativ məhsullarını ictimaiyyətə və potensial investorlara təqdim ediblər. Demo Day-də 2 Azərbaycan startapı - Glorri və Murmur da çıxış ediblər.

Hələ ki, investisiyalar barəsində açıqlama edilməsə də, 500 Global məzunlarının 100 min dollar investisiya aldıqları bilinir.
Həmçinin, Demo Day vaxtı keçirilən panel müzakirədə Caucasus Ventures GP-si Məmməd Kərim də iştirak edib. 

Proqram müddətində 500 Global-dan seçilmiş startaplar üçün mentorlardan 12 həftə ərzində xüsusi mentorluq və proqramlaşdırma dəstəyi verilib. Həmçinin qlobal təsisçilər, icma tədbirləri, tərəfdaşların və s.  olduğu şəbəkəyə daxil olmaq imkanı yaradılıb.

© copyright 2022 | tech.az | info@tech.az