Az | EN

Azərbaycan və BƏƏ Si Strategiyası üzrə əməkdaşlıq edəcək

Nigar Sultanli
17 Sentyabr 2025 14:08
35 baxış
Azərbaycan və BƏƏ Si Strategiyası üzrə əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ölkənin 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrası sahəsində Birləşmiş Ərəb Əmirliklərinin “Presight” şirkəti ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.

Bu sənəd, Şuşada İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibli görüşü zamanı imzalanıb.

Həmçinin, Azərbaycanın Elm və Təhsil Nazirliyi də “Presight” şirkəti ilə təhsil sistemində süni intellektin tətbiqini genişləndirmək məqsədilə ayrıca bir Memorandum imzalayıb. Bu addım ölkədə rəqəmsal inkişafın sürətlənməsinə yönəlmiş mühüm bir addımdır.

© copyright 2022 | tech.az | info@tech.az