Futbol ulduzu Kriştiano Ronaldo Perplexity AI-ya, axtarış mühərriki Comet kimi məhsullara sahib startapa investisiya etdiyini açıqlayıb. Startapın dəyəri 20 milyard dollar qiymətləndirilir.
Ronaldo xəbəri özü paylaşaraq, uğur qazanmaq üçün marağın vacibliyini vurğulayıb: “Maraq böyüklüyün şərtidir. Hər gün yeni suallar verdikcə qazanırsınız. Buna görə Perplexity-yə investisiya qoyduğumu açıqlamaqdan qürur duyuram,” – deyə futbolçu bildirib.
Əməkdaşlıq çərçivəsində “Perplexity x CR7” adlı xüsusi landing səhifəsi yaradılıb və burada Ronaldo-nun karyera hekayəsi təqdim olunur. O, bu əməkdaşlığı “yolun başlanğıcı” adlandıraraq hamını daha iddialı suallar verməyə ruhlandırmağı hədəflədiklərini deyib.
2022-ci ildə təsis olunan Perplexity, sentyabr ayında 200 milyon dollarlıq investisiya turundan sonra 20 milyard dollar dəyərə çatıb. Kriştiano Ronaldo əvvəlcə platformanın istifadəçisi olub, daha sonra investor kimi qoşulub. Oktyabrda o, Prestige Globe Award mükafatı nitqinin hazırlanmasına kömək etdiyinə görə Perplexity-yə təşəkkür etmişdi.
Bir milyarddan çox sosial media izləyicisi olan Ronaldo-nun investisiyası və əməkdaşlığı Perplexity-nin istifadəçi bazasının böyüməsinə ciddi təsir göstərə bilər. O, açıqlamasında “Perplexity dünyanın merakını gücləndirir” deyə qeyd edib.

