Az | EN

Zukerberq Apple-ın UI dizaynerini komandasına cəlb edib

Nigar Sultanli
05 Dekabr 2025 13:58
46 baxış
Zukerberq Apple-ın UI dizaynerini komandasına cəlb edib

2015-ci ildən bəri Apple-ın interfeys dizaynı komandasına rəhbərlik edən vitse-prezident Alan Day şirkətdən ayrılaraq Meta-ya keçir. O, bu yaxınlarda WWDC 2025 tədbirində "Liquid Glass" texnologiyasını təqdim etmişdi. Alan Day yeni iş yerində gələcək süni intellekt cihazlarının interfeysləri üzərində çalışacaq.

Bu keçid Apple üçün ciddi kadr itkisi hesab olunur. 2019-cu ildə Coni Ayvın gedişindən sonra şirkət onsuz da təcrübəli dizaynerlərin axını ilə üzləşib. Üstəlik, rəqibi Meta "Ray-Ban Display" ağıllı eynəklərini bazara çıxarmaqla bu sahədə irəliləyiş əldə edib.

Hazırda Tim Kuk öz ağıllı eynəklərinin hazırlanmasını sürətləndirməyə çalışsa da, aparıcı mütəxəssisin rəqib tərəfə keçməsi bu planlara təsir edə bilər. Məlumata görə, Alan Day dekabrın 31-də Apple şirkətini tərk edəcək. Onun vəzifəsini 1999-cu ildən şirkətdə çalışan təcrübəli mütəxəssis Stiv Limey icra edəcək.

© copyright 2022 | tech.az | info@tech.az