Az | EN

Azərbaycana gətirilən bütün telefonlar üçün gömrük rüsumu ödəniləcək

Cəmil Hüseynzadə
29 Yanvar 2023 18:20
14375 baxış
Azərbaycana gətirilən bütün telefonlar üçün gömrük rüsumu ödəniləcək

15 fevraldan xaricdən gələrkən şəxsi istifadə üçün mobil telefon gətirənlər onu qiymətinin 36%-ni ödəməklə gömrükdə bəyan etməli olacaq. Bu haqda qanunda müvafiq dəyişikliklər edilib. Bu vaxta qədər vətəndaşlar gətirdikləri telefonların yanlız IMEI nömrəsini qeydiyyatdan keçirirərək istifadə edə bilirdirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindan keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 1 nömrəli əlavəsinin 9-cu bandine əsasən fiziki şəxslər tərəfindən səfər zamanı, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilan mobil telefon və digər simsiz rabitə avadanlıqlan gömrük sərhədindən keçirilərkən yazılı (kağız üzərində və ya elektron) formada gömrük orqanlarında bəyan edilməlidir. Rəqəmsal İnkişaf ve Nəqliyyat Nazirliyi vətəndaşların nəzərinə çatdırır ki, cari ilin fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən ve gömrük orqanlarında bəyan edilməyən mobil telefonların IMEI nömrəsi Rəqəmsal İnkişaf ve Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaqdır. Mobil telefonların bəyan edilməsi qaydalarına dair Dövlət Gömrük Komitəsinin www.customs.gov.az internet səhifəsindən məlumat ala bilərsiniz.

© copyright 2022 | tech.az | info@tech.az