Az | EN

Azərbaycanda 34 milyon manata aviasiya şirkəti qurulub

Cəmil Hüseynzadə
06 İyul 2024 20:48
623 baxış
Azərbaycanda 34 milyon manata aviasiya şirkəti qurulub

Azərbaycanda 34 milyon manat nizamnamə kapitalına malik şirkət yaradılıb. Dövlət Vergi Xidməti 2024-cü ilin may ayında “Mach Havacılık” MMC-ni dövlət qeydiyyatına alıb. 

Şirkətə Türkiyə vətəndaşı Mehmet Ali Nart rəhbərlik edəcək. Mehmet Ali Nart Türk Texnologiya Qrupunun idarə heyətinin üzvüdür. Türk Texnologiya Qrupu (Türk Teknoloji Takımı) Baykar şirkəti tərəfindən təsis edilib və qrupun direktoru Haluk Bayraktardır.

Şirkətin hüquqi ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1, Adore Plaza, IV mərtəbə. 

© copyright 2022 | tech.az | info@tech.az