Az | EN

Azərbaycanda bank kartlarının sayı 16 milyona çatır

Nail Valiyev
26 Sentyabr 2023 12:34
693 baxış
Azərbaycanda bank kartlarının sayı 16 milyona çatır

Tech.az Mərkəzi Banka istinadən xəbər verir ki, Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 323 min ədəd artaraq 15 milyon 669 min ədəd təşkil etmişdir.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.2% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 20%, kredit kartları üzrə 21.4% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 65 min, kredit kartları 362 min, digər kartlar isə 2.1 mln. ədəd artmışdır.

Bildirilib ki, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artmışdır. 2023-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 4,509 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 3,596 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 905 mln. manatı POSterminallar, 7 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 54%-ni təşkil etmişdir. Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 2.6%, POS-terminalların sayı 12.1% artmışdır. 

© copyright 2022 | tech.az | info@tech.az