Az | EN

Azərbaycanda “Huawei” ilə birgə Süni İntellekt (AI) laboratoriyası yaradılır

Cəmil Hüseynzadə
29 Sentyabr 2023 14:43
766 baxış
Azərbaycanda “Huawei” ilə birgə Süni İntellekt (AI) laboratoriyası yaradılır

Azərbaycanda “Huawei” ilə birgə Süni İntellekt (AI) laboratoriyası yaradılması barədə ilkin razılığıa gəlinib. Bu barədə Çində rəsmi səfərdə olan Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev X hesabında məlumat paylaşıb. 

“Çinə səfər zamanı “Huawei” şirkətinin rəhbərliyi ilə görüşdük, şirkətin Tədqiqat və İnkişaf Mərkəzinin fəaliyyəti ilə tanış olduq. Çinin süni intellekt sahəsində əldə etdiyi təcrübəni ölkəmizdə tətbiq etmək üçün “Huawei” ilə birgə Azərbaycanda Süni İntellekt (AI) laboratoriyasının yaradılması, o cümlədən şirkətin Bakıda “ağıllı” nəqliyyat sisteminin inkişafında iştirakı barədə ilkin razılıq əldə olundu.” deyə R.Nəbiyev yazıb.

© copyright 2022 | tech.az | info@tech.az