Az | EN

Azərbaycanda I yarımildə 230 minə yaxın "ASAN İmza" sertifikatı verilib

Cəmil Hüseynzadə
16 İyul 2026 10:35
35 baxış
Azərbaycanda I yarımildə 230 minə yaxın "ASAN İmza" sertifikatı verilib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ümumilikdə 226 804 ədəd "ASAN İmza" elektron imza sertifikatı təqdim edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 % çoxdur. "ASAN İmza" sertifikatları 145 061 müraciət əsasında verilib. Bu isə 1 il əvvələ nisbətən 3,3 % azdır.

"ASAN İmza" elektron imza sertifikatları üç kateqoriyaya bölünür: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər, eləcə də dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları. Fiziki şəxslərə aid olan elektron imza sertifikatları fərdi istifadə məqsədi daşıyır. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti aparan fiziki şəxslər, habelə dövlət qulluqçuları üçün hazırlanmış elektron imza sertifikatları isə kommersiya və ya dövlət qurumunu təmsil etmək və həmin qurumun adından fəaliyyət göstərmək hüququ verir.

Sertifikatların etibarlılıq müddəti 3 ildir.

© copyright 2022 | tech.az | info@tech.az