Az | EN

Telegram-ın t.me domeninin bloklanması hansı problemlərə səbəb oldu?

Cəmil Hüseynzadə
16 İyul 2026 10:28
34 baxış
Telegram-ın t.me domeninin bloklanması hansı problemlərə səbəb oldu?

Telegram-ın istifadə etdiyi t.me domeninin .me domen zonasının operatoru tərəfindən bloklanması qlobal miqyasda bir sıra xidmətlərin fəaliyyətinə təsir edib.

Bloklama nəticəsində https://t.me ilə başlayan keçidlər internet brauzerlərində açılmır. Bəzi istifadəçilərdə keçidlərin hələ də işləməsi isə yalnız DNS keşinin yenilənməməsi ilə bağlıdır.

Problemdən Telegram şərh sistemindən istifadə edən saytlar da zərər görüb. Bu platformalarda şərhlər yüklənmir, həmçinin Telegram üzərindən əlaqə qurmağa imkan verən biznes vidjetləri və sürətli əlaqə düymələri də fəaliyyətini dayandırıb.

Bununla yanaşı, Telegram tətbiqinin özü normal işləməyə davam edir. Mesencer daxilindəki keçidlər açılır və istifadəçilər onları problemsiz istifadə edə bilirlər.

Telegram komandası problemdən sonra operativ şəkildə keçid formatını t.me-dən telegram.me domeninə dəyişib. Bu dəyişiklik brauzerlərdə keçidlərin yenidən açılmasına imkan versə də, bəzi məzmunlar hələ də köhnə domenə bağlı olduğu üçün tam yüklənmir.

Bloklamanın səbəbi hələlik açıqlanmayıb. .me domen zonasını Monteneqro hökuməti tərəfindən yaradılmış doMEn şirkəti idarə edir. Hazırda hadisənin hüquqi mübahisə, texniki problem və ya digər səbəblərlə bağlı olduğu təsdiqlənməyib. Məlum olan yeganə fakt isə bunun hər hansı ölkənin lokal internet məhdudiyyəti ilə deyil, qlobal DNS səviyyəsində baş verməsidir.

© copyright 2022 | tech.az | info@tech.az