Az | EN

OnePlus ABŞ, Avropa və Hindistan bazarlarını tərk edir, Realme isə Çindən çıxır

Cəmil Hüseynzadə
16 İyul 2026 10:21
45 baxış
OnePlus ABŞ, Avropa və Hindistan bazarlarını tərk edir, Realme isə Çindən çıxır

Oppo qlobal biznesini yenidən təşkil etməyə hazırlaşır. Bloombergin yaydığı məlumata görə, şirkət OnePlus brendinin fəaliyyətini mərhələli şəkildə ABŞ, Avropa və Hindistan bazarlarında dayandıracaq. Prosesin 2027-ci ilə qədər tamamlanacağı, brendin isə yalnız Çin bazarında fəaliyyətini davam etdirəcəyi bildirilir.

Mənbələrin sözlərinə görə, bu qərar Oppo-nun smartfon biznesində gəlirlərin azalması, ABŞ, Avropa və Hindistanda zəifləyən satışlar, eləcə də ABŞ ilə Çin arasında artan geosiyasi gərginlik fonunda qəbul edilib.

Hesabatda qeyd olunur ki, restrukturizasiya çərçivəsində Realme də Çin bazarını tərk edəcək. Bunun əvəzində Oppo resurslarını Mərkəzi və Şimali Avropa bazarlarına yönəldəcək. Şirkət hesab edir ki, bu regionlarda hələ də böyümə potensialı mövcuddur.

OnePlus artıq bir neçə aydır Hindistanda fəaliyyətini azaltmağa başlayıb. Şirkət tərəfdaşları tərəfindən idarə olunan əksər fiziki mağazalarını bağlayır, satışları onlayn kanallara keçirir və satışdan sonrakı xidmət şəbəkəsini Oppo ilə birləşdirir.

© copyright 2022 | tech.az | info@tech.az