Az | EN

Azərbaycanda mobil nömrələr 75 000 manata hərraca çıxarılıb

Cəmil Hüseynzadə
01 Noyabr 2024 11:02
491 baxış
Azərbaycanda mobil nömrələr 75 000 manata hərraca çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azercell Telekom" MMC-yə məxsus mobil telefon nömrələrini açıq hərraca çıxarır.

Hərrac dekabrın 5-də, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ƏMDX-nın Hərracların Təşkili Mərkəzinin hesabına beh ödəməlidir.

Report

© copyright 2022 | tech.az | info@tech.az