Insider son olaraq keçən ilin may ayında D seriyasını tamamlayaraq 105 milyon dollar investisiya əldə etmişdi.
Türkiyənin proqram təminatı və SaaS sahəsindəki ilk unicorn-u olan Insider, böyümə mərhələsindəki startaplara və şirkətlərə investisiyalar edən Amerika PE şirkəti General Atlantic-in rəhbərliyi ilə keçirilən E seriyası investisiya turunda 500 milyon dollar vəsait topladı.
Startap keçən ilin may ayında turu tamamlayaraq Qatar Investment Authority (QIA) və Esas Private Equity daxil olmaqla mövcud investorlarından 105 milyon dollar investisiya almışdı. Bu gün açıqlanan yeni investisiya turu ilə Insider-in təsisindən bu yana aldığı ümumi investisiya məbləği 774 milyon dollara çatdı.
Son bir ildə qlobal arenada Nike və Adobe kimi nəhəng markaları platformasına cəlb edən və Sirius AI adlı patent gözləyən süni intellekt texnologiyasını təqdim edən Insider, bu investisiya ilə ilk mərhələdə Ar-Ge əməliyyatlarını genişləndirərək süni intellekt həllərini miqyaslandırmağı və təqdim etdiyi omnichannel marketinq təcrübəsini daha da inkişaf etdirməyi planlaşdırır.
Startapın uzunmüddətli hədəfi isə dünyanın dörd bir yanından yeni istedadları cəlb edərək qlobal mövcudluğunu genişləndirməkdir. Hazırda 28 ölkədə və 5 qitədə fəaliyyət göstərən Insider-in genişlənmə prosesində prioritet verəcəyi coğrafiya isə ABŞ olacaq. ABŞ-a ilk dəfə daxil olandan bəri bu bölgədə 3 dəfə böyüyən Insider, General Atlantic-in açacağı qapılardan istifadə edərək bazarı ələ keçirməyi və əsas prioritet olaraq ABŞ-da olmaqla, qlobal səviyyədə yeni satınalmalar həyata keçirməyi hədəfləyir.
"Atacağımız addımların Insider-i marketinq sahəsində açıq ara lider olaraq mövqeləndirəcəyinə inanırıq."
Yatırımdan sonra Insider-in izləyəcəyi yol xəritəsi haqqında açıqlama verən Insider-in təsisçisi və baş icraçı direktoru Hande Çilingir, “Məqsədimiz marketinq və istifadəçi təcrübəsi komandalarının istifadəçi əlaqələri ilə bağlı heç bir əngəl hiss etməmələrini təmin etməkdir. Aldığımız bu tarixi investisiya da bunu iki əsas şəkildə həyata keçirməyimizi təmin edəcək,” deyə qeyd etdi.
"Əvvəlcə bu investisiya süni intellekt sahəsində böyük irəliləyişimizi gücləndirəcək. Insider, 10 ildən artıq süni intellekt sahəsində liderlərdən biridir; istifadəçi təcrübəsi sahəsində proqnozverici süni intellekt modellərini təqdim edən ilk şirkət idik. Bu, bizi produktiv süni intellekti platformamıza təbii şəkildə inteqrasiya edə biləcək mövqeyə gətirdi. Produktiv süni intellekt, marketinq və istifadəçi təcrübəsi sahələrində illərdir davam edən məhsulsuzluq dövrünə son qoyacaq. Resursları artıraraq, təkrarlanan işləri avtomatlaşdıraraq və proqnoza əsaslanan işləri aradan qaldıraraq komandalara məhdudiyyətsiz bolluq təmin edəcək. Nəticədə komandalar daha strateji işlərə yönələcək, markaları üçün daha sürətli böyümə imkanları əldə edəcək və daha məhsuldar olacaq. Marketinq texnologiyaları sənayesini tamamilə dəyişdirəcək süni intellekt inqilabının başlanğıcındayıq və Insider bu dəyişikliyə liderlik edəcək gücdür.
İkincisi, bu süni intellekt irəliləyişi bazarda AI dostu birləşik SaaS vasitəsi mövqeyimizi daha da gücləndirəcək. Yalnız bir sahəyə və ya məhsula diqqət yetirən ənənəvi texnologiya şirkətlərinin əksinə, bizim yanaşmamız hər zaman sahəsində ən yaxşı olan sənaye lideri məhsulları yaratmaq və onları digər bütün tək nöqtə həllərini üstələyən vahid bir platformada birləşdirmək olub. Bu iki fərqləndirici xüsusiyyətin Insider-i marketinq və istifadəçi təcrübəsi komandaları üçün açıq ara lider kimi mövqeləndirəcəyinə inanırıq.”
"Komandamıza 200 mühəndis daha daxil edəcəyik."
Hande Çilingirə əlavə olaraq digər təsisçi ortaq olan Muharrem Derinkök və Serhat Soyuerel də yeni investisiyanın istifadə olunacağı sahələr və Insider-in son bir ildə şirkətlərə təqdim etdiyi yeniliklər haqqında fikirlərini bölüşdülər.
İki illik plan haqqında danışan Insider-in təsisçi ortaq və CPO-su Muharrem Derinkök, "Bu investisiya süni intellektə yönəlmiş yol xəritəmizdə irəli getməyimizə və 350-dən çox işçisi olan mühəndislik komandalarımızı 200 yeni işçi ilə gücləndirməyimizə imkan verəcək. Gələcək iki ildə, başdan-başa süni intellekt dəstəkləyən omnichannel təcrübə və müştəri əlaqəsi platformamızı reallığa çevirməyə fokuslanmağı planlaşdırırıq. Produktiv süni intellektdən güc alaraq istifadəçi əlaqəsini hər səviyyədə daha təbii edən Sirius AI-a da əlavə investisiya yatıracağıq.” dedi.
Bundan əlavə, Insider-in təsisçi ortaq və CRO-su Serhat Soyuerel isə son bir ildə onları seçən markalar haqqında danışaraq, "Çoxları öz böyümələrini məhdudlaşdıran ənənəvi marketinq buludlarından uzaqlaşmaq istəyir. Bu ənənəvi vasitələrdən Insider-ə keçmək istəyən istifadəçilərə kömək etmək üçün yola çıxdıq. Keçidlərini asanlaşdırmaq üçün xüsusi bir miqrasiya planı hazırladıq. Yalnız son bir ildə, 150 marka, bizim inkişaf etdirdiyimiz avtomatik miqrasiya vasitəsi və öncədən quraşdırılmış inteqrasiyalarımızdan istifadə edərək Insider-ə keçdi və bizlə birlikdə əvvəlki xidmət təminatçılarına görə zaman dəyər miqyasında 5 dəfə daha çox səmərə əldə etdilər.” deyə qeyd etdi.
Hazırda şirkətlər üçün marketinq aləti təminatçıları arasında lider mövqedə olan Insider, bir şirkətin fərqli kanallara yayılan bütün marketinq əməliyyatlarını tək bir platformada görməsini və müştəri təcrübəsi idarəçiliyini daha yüksək səviyyəyə qaldırmasını təmin edir. Startap; WhatsApp, SMS, email, veb və tətbiq kimi 12-dən çox kanalı dəstəkləyərək marketinq komandalarına birinci partiya məlumatları real vaxt rejimində dəqiq bir şəkildə təhlil etməyə imkan yaradır.