“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın həyata keçirilməsi ilə bağlı xərclər üçün gələn ilin dövlət büdcəsindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.
Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Gələn il "Azərbaycanın Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi ilə bağlı xərclər üçün 5,8 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.