Az | EN

Azərbaycanda yeni Mələk İnvestorlar Klubu yaradılıb

Cəmil Hüseynzadə
26 Aprel 2022 13:30
376 baxış
Azərbaycanda yeni Mələk İnvestorlar Klubu yaradılıb

Aprel ayının 18-də Azərbaycanda “Technovate Mələk İnvestorlar Klubu”nun əsası qoyulub. Bu haqda məlumatı Fərid İsmayılzadə paylaşıb. O, investorları kluba qoşulmağa çağırıb. Həmçinin verdiyi açıqlamada bu klubun investorlar üçün yaradılacaq ekosistem baxımından çox vacib addım olduğunu, klubda ilk öncə təlimlər, vebinarlar keçirəcəyini vurğulayıb. Bu yolla yerli investorlar xarici investorları dinləyə və onların təcübəsini öyrənə, sonra isə investorlar Technovate-in süzgəcindən keçmiş startaplara investisiya ayıra biləcəklər. Fərid bəy həmçinin klubun üzvlərinin Technovate Venture Studio-da olan Woooz layihəsi üçün investisiya ayırdıqlarını və bunun gələcəkdə portfoliolarında olan digər startaplar üçün nəzərdə tutulduğunu da əlavə edib. Klubda investisiya ayırılan startapları qlobal potensiallı olamlı, ABŞ-da qeydiyyatdan keçməli və bazara ABŞ-dan daxil olmalıdır. Qeyd edək ki, kluba üzvlük individual olaraq qiymətləndirilir. Kluba müraciət etmək istəyənlər www.technovateangels.com səhifəsi üzərindən qeydiyyatdan keçə bilərlər. Fərid İsmayılzadə Azərbaycanda fəaliyyət göstərən "GoldenPay" (Hesab.az portalının sahibi) və "eMobile"-in, ABŞ-da yerləşən “Technovate İnvestments” şirkətlərinin təsisçisidir.

© copyright 2022 | tech.az | info@tech.az