Az | EN

Azərbaycanın İlk Rəsmi Kriptovalyuta Birjası- BitAZN müştəri qəbuluna start verib!

Cəmil Hüseynzadə
29 İyul 2026 17:43
56 baxış
Azərbaycanın İlk Rəsmi Kriptovalyuta Birjası- BitAZN müştəri qəbuluna start verib!

Azərbaycan Respublikası Mərkəzi Bankının Xüsusi Tənzimləmə Rejimi (Sandbox) çərçivəsində rəsmi sınaq mərhələsində fəaliyyət göstərən, Azərbaycanın yerli brendi “BİTAZN” MMC artıq rəsmi olaraq müştəri qəbuluna start verib.

Dövlət Nəzarəti və Hüquqi Təminat

BitAZN, rəqəmsal aktivlərin milli valyuta və digər virtual aktivlərlə mübadiləsi, köçürülməsi və saxlanılması üzrə xidmətlərini Mərkəzi Bankın birbaşa nəzarəti altında təqdim edir.

BitAZN hansı üstünlükləri təqdim edir?

0 % Ticarət Komissiyası: İstifadəçilər platforma daxilində kriptovalyuta alqı-satqı əməliyyatlarını tamamilə komsisiyasız həyata keçirə bilərlər.

AZN ilə rahat Mədaxil və Məxaric: Xarici Platfdormalardan fərqli olaraq BitAZN yerli bank sistemi ilə inteqrasiya olunub, bu da milli valyutada əməliyytaları sürətli və əlçatan edir.

Beynəlxalq Təhlükəsizlik Standartları: Platformada yalnız beynəlxalq səviyyədə tənzimlənən birjalarda siyahıya alınmış rəqəmsal aktivlərin ticarətinə icazə verilir. Rəqəmsal aktivlərin saxlanılması beynəlxalqa təhlükəsizlik standartlarına uyğun texnoloji həllərlə təmin edilir. 

Şəffaflıq: BitAZN-in fəaliyyəti məhdud sayda istifadəçi qrupu üçün açıqdır və hər əməliyyat dövlət tənzimləyicisinin müəyyən etdiyi hüquqi çərçivə daxilində icra olunur.

BitAZN-in Strateji Məqsədi və İnkişaf İstiqaməti 

Şirkətin başlıca məqsədi yerli istifadəçilərinə rəqəmsal aktivlərin AZN ilə təhlükəsiz, şəffaf və rahat şəkildə ticarətini həyata keçirə biləcəkləri rəsmi platforma təqdim etməklə yanaşı, həmçinin Azərbaycanda rəqəmsal aktivlər ekosisteminin inkişafına töhfə verən, istifadəçi etimadı, texnoloji innovasiya və tənzimləyici uyğunluq baxımından yeni standartlar formalaşdıran aparıcı yerli kriptovalyuta platformasına çevrilməkdir.

Qeyd: BitAZN MMC bütün iştirakçılara ticarət qərarlarını verərkən bazarın dəyişkənliyini və dinamikasını mütləq nəzərə almağı tövsiyə edir.

Daha ətraflı məlumat və qeydiyyat üçün BitAZN-in rəsmi internet resurslarına müraciət edə bilərsiniz:

Veb-sayt: bitazn.az

E-poçt: [email protected] 

Əlaqə nömrəsi: +994 10 241 69 51

 

© copyright 2022 | tech.az | info@tech.az